Dünya futbolunun ən nüfuzlu fərdi mükafatı olan “Qızıl top” (“Ballon d’Or”) üzrə 2026-cı il üçün 30 namizədin adı bəlli olub.Oxu.Az xəbər verir ki, iddiaçıların adları mükafatın təsisçisi “France Football” jurnalı tərəfindən keçirilən rəsmi mərasimdə elan edilib.”Qızıl top 2026″ mükafatına namizədlərin siyahısı aşağıdakı kimidir:Cud Bellinqem (“Real Madrid”);Pau Kubarsi (“Barselona”);Mark Kukurelya (“Real Madrid”);Usman Dembele (PSJ);Luis Dias (“Bavariya”);Bruno Fernandes (“Mançester Yunayted”);Erlinq Holand (“Mançester Siti”);Qabriel Maqalyans (“Arsenal”);Harri Keyn (“Bavariya”);Əşrəf Hakimi (PSJ);Lamin Yamal (“Barselona”);Xviça Kvaratsxeliya (PSJ);Markinyos (PSJ);Sadio Mane (“Ən-Nəsr”);Lautaro Martines (“İnter”);Kilian Mbappe (“Real Madrid”);Nunu Mendeş (PSJ);Lionel Messi (“İnter Mayami”);Maykl Olise (“Bavariya”);Joau Neveş (PSJ);Vilyam Paço (PSJ);Xulian Kinyones (“Əl-Qadisiya”);Deklan Rays (“Arsenal”);Rodri (“Barselona”);Fabian Ruis (PSJ);Ferran Torres (PSJ);Vilyam Saliba (“Arsenal”);Dayot Upamekano (“Bavariya”);Vinisius Junior (“Real Madrid”);Vitinya (PSJ).2026-cı ilin “Qızıl top” mükafatının təqdimetmə mərasimi oktyabrın 26-da London şəhərində keçiriləcək. Bu tədbir mükafatın tarixində yubiley – 70-ci mərasim olacaq. Qalib FIFA reytinqində ilk 100 pillədə qərarlaşan ölkələrin 100 jurnalisti arasında keçirilən səsvermənin yekunlarına əsasən müəyyənləşdiriləcək.Xatırladaq ki, mükafatın son sahibi PSJ klubunun və Fransa millisinin hücumçusu Usman Dembeledir.










