Ev Cəmiyyət Sabah Zərdab şəhərində su kəsiləcək

Sabah Zərdab şəhərində su kəsiləcək

30

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq.Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidməti məlumat yayıb.Bildirilib ki, Külüllü-Zərdab magistral su xəttinin 11-ci km-də diametri 400 mm olan dəmir boruda qəza baş verib. Hazırda qəzanın aradan qaldırılması ilə bağlı hazırlıq işləri aparılır.Qəzanın aradan qaldırılması işlərinin həyata keçirilməsi ilə əlaqədar sentyabrın 10-da saat 07:30-dan etibarən Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Zərdab şəhərinə suyun əvvəlki rejim üzrə verilməsi 24 saat ərzində bərpa ediləcək.

Əvvəlki məqaləAvropada qaz bahalaşır: Son dörd ilin REKORDU
Növbəti məqalədəMessinin gedişindən sonra Argentina milisinin yeni kapitanının adına aydınlıq gəldi