Ev İdman AFFA hakimi təhqir edən futbolçuya ağır cəza verdi

AFFA hakimi təhqir edən futbolçuya ağır cəza verdi

27

Azərbaycan II liqasında mübarizə “Difai” klubunun futbolçusu hakimləri təhqir etdiyi üçün cəzalandırılıb.Oxu.Az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.Bildirilib ki, II Liqada II turun “Marafon” – “Difai” oyununda qırmızı vərəqə alan Emil Binyətzadə dördoyunluq cəza alıb. Buna səbəb Emil Binyətzadənin qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etməsi olub. Bundan əlavə, “Difai” klubu da 1000 manat məbləğində cərimələnib.Qeyd edək ki, hadisə sentyabrın 8-də keçirilən “Marafon” – “Difai” qarşılaşmasının 90+4-cü dəqiqəsində baş verib.

Əvvəlki məqaləABŞ-nin Bakıdakı səfirliyi avtomobillərini satışa çıxarır
Növbəti məqalədəFransanın məşhur şirkəti dron istehsal etmək istəyir, işçilər isə qarşı çıxırlar