Ev İqtisadiyyat Azərbaycan-Suriya Biznes Şurası yaradılacaq

Azərbaycan-Suriya Biznes Şurası yaradılacaq

17

“Azərbaycan-Suriya Biznes Şurası yaradılır”.

Oxu.Az xəbər verir ki, bu fikirləri Suriyanın iqtisadiyyat və sənaye naziri Mohammad Nidal al-Shaar İkinci Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən “Etibarlılığın bərpası parçalanmış dünyada: Azərbaycan regionlar arasında strateji qapı kimi” adlı panel sessiyada deyib.

O bildirib ki, Suriya son 60 ildə itirdikləri dünya ilə yenidən əlaqə qurmağa başlayır:

“Bu, asan bir vəzifə deyil, çox çətindir. Sözügedən istiqamətdə artıq müxtəlif ölkələrlə biznes əlaqələrinin yaradılmasına başlanılıb. Bir həftə əvvəl Özbəkistanda biznes şurasının yaradılması ilə bağlı razılaşma əldə olunub. Azərbaycan-Suriya Biznes Şurasının yaradılacağını elan edəcəyik”.

Əvvəlki məqaləPrezident “Global Infrastructure Partners” şirkətinin rəhbərini qəbul edib 
Növbəti məqalədəPaytaxtda iki marşrutun HƏRƏKƏT SXEMİ DƏYİŞDİRİLDİ