Ev İdman UEFA Millətlər Liqasında günün əsas oyunları

UEFA Millətlər Liqasında günün əsas oyunları

17

Bu gün UEFA Millətlər Liqasında qrup mərhələsinin növbəti qarşılaşmaları keçiriləcək.

Oxu.Az xəbər verir ki, bu oyun günündə 10 matç baş tutacaq.

A Liqasının III qrupunda Çexiya İngiltərə ilə, İspaniya isə Xorvatiya ilə qarşılaşacaq.

B Liqasının I qrupunda Şotlandiya İsveçrəni qəbul edəcək, Sloveniya isə Şimali Makedoniya ilə üz-üzə gələcək.

C Liqasının I qrupunda Finlandiya Belarusla, San Marino isə Albaniya ilə qarşılaşacaq. C Liqasının III qrupunda Moldova Farer adaları ilə, Slovakiya isə Qazaxıstanla qüvvəsini sınayacaq.

C Liqasının IV qrupunda Bolqarıstan Estoniya ilə, Lüksemburq isə İslandiya ilə qarşılaşacaq.

Əvvəlki məqaləAzərbaycanda leysan yağır 
Növbəti məqalədə“Polo” qasırğası Meksikaya çatdı