Ev Cəmiyyət Agentlik lisenziya almağa altı milyon manat xərcləyəcək

Agentlik lisenziya almağa altı milyon manat xərcləyəcək

12

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində fəaliyyət göstərən “Milli Kibertəhlükəsizlik Agentliyi” publik hüquqi şəxsi tərəfindən açıq tender elan edilib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, tenderin ehtimal olunan qiyməti 6 milyon 25 min manat təşkil edir.

Satınalma çərçivəsində Təhlükəsizlik Əməliyyatları Mərkəzinin təkmilləşdirilməsi məqsədilə mövcud Təhdid kəşfiyyatı platformasının funksionallığının genişləndirilməsi üzrə əlavə lisenziyaların satın alınması nəzərdə tutulub.

Əvvəlki məqaləƏhalinin NƏZƏRİNƏ: Azərbaycanda bu xidmət elektronlaşdırıldı
Növbəti məqalədəAvropa çempionatına doğru: U-21 millimiz Şotlandiya sınağında