Ev İdman Avropa çempionatına doğru: U-21 millimiz Şotlandiya sınağında

Avropa çempionatına doğru: U-21 millimiz Şotlandiya sınağında

7

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti matçına çıxacaq.

Oxu.Az xəbər verir ki, Rəşad Eyubovun rəhbərlik etdiyi U-21 millimiz səfərdə Şotlandiya yığmasının qonağı olacaq.

Kilmarnok şəhərində keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə keçirdiyi 8 oyundan sonra 7 xalla qrupda 5-ci sırada qərarlaşıb. Şotlandiya isə 8 matçda 11 xal toplayaraq 4-cü pillədə yer alır.

Əvvəlki məqaləAgentlik lisenziya almağa altı milyon manat xərcləyəcək
Növbəti məqalədəTramp süni intellektin adını dəyişdi