Bakıda Media və Yayım Şurasının təşkilatçılığı ilə keçirilən “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) Media Forumu başa çatıb.
Oxu.Az xəbər verir ki, tədbirdə rəsmi açılış mərasimi və iki panel müzakirəsi keçirilib.
Forumda çıxış edənlər müasir dünyada media vasitəsilə etimadın yaradılması, insanlar və dövlətlər arasında əməkdaşlığın gücləndirilməsi, keyfiyyətli və etibarlı kontentin əhəmiyyəti barədə fikirlərini bölüşüblər.
AQEM-in Baş katibi Kayrat Sarıbay çıxışında təşkilatın artıq dövlətlərarası və hökumətlərarası mühüm dialoq platformasına çevrildiyini bildirib.
Forum çərçivəsində media sahəsində əməkdaşlığın genişləndirilməsi, etimadın gücləndirilməsi və qütbləşmiş dünyada medianın rolu ilə bağlı fikir mübadiləsi aparılıb.










