Ev Cəmiyyət Kəmaləddin Heydərov FHN-in strukturunu dəyişdi: Yeddi idarə şöbəyə çevrildi

Kəmaləddin Heydərov FHN-in strukturunu dəyişdi: Yeddi idarə şöbəyə çevrildi

12

Fövqəladə Hallar Nazirliyinin (FHN) Aparatında bir sıra struktur dəyişiklikləri həyata keçirilib.

Oxu.Az “Qaynarinfo”ya istinadla xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Aparatda 7 idarə adları dəyişdirilmədən şöbəyə çevrilib, iki idarə ləğv edilib, bir yeni idarə yaradılıb.

Belə ki, Vüsalə Ömərlinin rəhbərlik etdiyi idarə Fövqəladə halların xəbərdar edilməsi şöbəsinə, Vidadi Məmmədovun rəhbərlik etdiyi idarə Regional mərkəzlərlə koordinasiyanın təşkili və təhsil məsələləri üzrə şöbəyə, Elçin İbrahimovun rəhbərlik etdiyi idarə isə Rəqəmsal inkişaf və innovasiya şöbəsinə çevrilib.

Bundan başqa, Səbuhi Ağayevin rəhbərlik etdiyi idarə İctimaiyyətlə əlaqələr şöbəsi, Vüsal Qaragözovun rəhbərlik etdiyi idarə Maliyyə-iqtisadiyyat şöbəsi, Qəşəm Məmmədovun rəhbərlik etdiyi idarə Nəzarət-təftiş şöbəsi, Rəşadət Cəbrayılovun rəhbərlik etdiyi idarə isə Hüquq şöbəsi olub.

Bu dəyişikliklərdən sonra sözügedən şəxslər idarə rəisi statusunu itirib və müvafiq şöbələrin müdiri vəzifəsinə təyin ediliblər.

Eyni zamanda, Zahid Aşurovun rəhbərlik etdiyi FHN Komendant xidmətinin təşkili və texniki təminat idarəsi ləğv edilib.

Qeyd edək ki, bir neçə gün əvvəl FHN-in Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş İdarəsinin ləğv edilməsi barədə məlumat yaymışdıq. Ləğv edilən strukturun yerində Fəaliyyətin təşkili və əlaqələndirmə Baş İdarəsi yaradılıb.

Əvvəlki məqaləZakir Həsənov: “Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir”
Növbəti məqalədəAzərbaycan – Litva oyununun hakimləri açıqlandı