Ev İqtisadiyyat Pulsuz hüquqi yardımdan əsassız imtina qadağan edilir

Pulsuz hüquqi yardımdan əsassız imtina qadağan edilir

25

Vəkillərə pulsuz hüquqi yardımın göstərilməsindən əsassız imtina qadağan olunur.

Oxu.Az xəbər verir ki, sözügedən məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Pulsuz hüquqi yardım haqqında” Qanunda əksini tapıb.

Sənədə əsasən, pulsuz hüquqi yardımın göstərilməsi ilə əlaqədar fərdi qaydada fəaliyyət göstərən vəkilə və ya vəkil qurumlarına müraciət zamanı ixtisaslaşmış vasitəçilərin köməyinə ehtiyacı olan əlilliyi olan şəxslər dövlət büdcəsi vəsaiti hesabına ixtisaslaşmış vasitəçilərin (qiraətçilərin və peşəkar surdotərcüməçilərin) xidmətləri ilə təmin ediləcəklər.

Pulsuz hüquqi yardım tələbinə riayət edilmədikdə vəkillər tərəfindən “pro bono” hüquqi xidmətlərinin göstərilmədiyi hər saat üçün Vəkillər Kollegiyasına 18 manat məbləğində ödəniş ediləcək.

Əvvəlki məqaləPrezident İlham Əliyev Malayziyanın yeni səfirini qəbul edib 
Növbəti məqalədəDünya çempionatı: Cüdoçumuz mübarizəni dayandırdı