Ermənistan İstintaq Komitəsi Güclü Ermənistan Partiyasının sədri Samvel Karapetyanın və həmin adlı parlament fraksiyasının rəhbəri Narek Karapetyanın evlərində axtarışların həyata keçirilməsi barədə məlumatları təsdiqləyib.
Bu barədə Oxu.Az Ermənistan mətbuatına istinadən xəbər verir.
İstintaq qurumundan əməliyyat-axtarış tədbirlərinin ümumilikdə 65 müxtəlif ünvanda aparıldığı bildirilib.
“65 ünvanda icra edilən axtarış tədbirləri İstintaq Komitəsinin İqtisadi Cinayətlər və Qaçaqmalçılığın İstintaqı Baş İdarəsinin araşdırdığı cinayət işi çərçivəsində baş tutur”, – deyə rəsmi idarənin bəyanatında vurğulanıb.










